Azərbaycanlı modelin evini qarət ediblər - FOTO

Azərbaycanlı modelin evini qarət ediblər - FOTO

"Best Model of Azerbaijan" müsabiqəsində "Mister Azerbaijan 2005" adını qazanan Ruslan Mehdiyev mənzilində qarət edilib. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda, gecə saat 01.30 radələrində baş verib.

Əldə etdiyimiz məlumata görə, Ruslan Mehdiyevin mənzilindən 22000 manat məbləğində pul oğurlanıb.

Dəqiq məlumat almaq üçün Ruslan ilə əlaqə saxladıq. Ruslan soyğunçuluq faktını təsdiqləsə də ona dəyən ziyanın maya dəyəri barədə heç bir açıqlama vermədi.

Oğurluq hadisəsi ilə bağlı istintaq işinin açıldığını, məsələyə Binəqədi rayon polisinin baxdığını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə