Məşhur aktyor od püskürdü

Türkiyə şou-biznesində çıxan xəbərlərə görə məşhur aktyor Çağatay Ulusoyun yenidən Serenay Sarıkaya yaxınlaşdığı deyilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ulusoy, iddialara sərt reaksiya verib və sosial media hesabından bir mesaj yayımlayıb. Çağatay Ulusoy, keçən həftə aktyor Taner Ölmez və Ece Çeşmioğlunun toy mərasimində görüntülənib. Toyda Çağatay Ulusoyun qonaqlar arasında olan Serenay Sarıkaya ilə yaxınlaşdığı söylənib.

"Bizi Rahat Buraxın"

Xəbəri yalanlayan Çağatay Ulusoy, "Mənim 5 ilə yaxındır yaxşı bir münasibət qurduğum xanım var. Hər il olduğu kimi saxta xəbərlər verirsiniz. Məqsədiniz nədir? Başa düşmədim. Bizi rahat buraxın qardaş".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə