\"Bakılı oğlanlar\" Şən və Hazırcavablar Klubunun ulduzu Bəhram Bağırzadə filmə çəkilir. Bəhramın SİA-ya verdiyi məlumata görə, o, \"Qorxma, mən səninləyəm-2\" adlı filmdə rol alıb: "Yuli Qusman mənə \"Qorxma, mən səninləyəm-2 \" filmində rol təklif etdi . Rəsmi təklif gəlib və mən razılıq vermişəm. Lakin hansı rolu oynayacağımı hələlik bilmirəm".
Birinci filmin müəllifi Yuli Qusman əmin edib ki, bu filmdə birinci filmdəki aktyorlar - Durov, Polad Bülbüloğlu, Muxtarbek Qantemirov iştirak edəcəklər. İkinci filmdə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən hadisələr göstəriləcək.
Məlumat üçün bildirək ki, Yuli Qusmanın \"Qorxma, mən səninləyəm\" filmi 1982-ci ildə ekranlara çıxıb. Birinci filmin süjeti belədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB