Azərbaycanın gənc bəstəkarı Ülviyyə Vəliyeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə himayəçisi olduğu \"Butterflies\" (\"Kəpənəklər\") adlı qrupunu geniş ictimaiyyətə tanıdır. SİA-ya danışan Ülviyyə xanım qrupunun yaranmasından söz açdı: "Dörd gözəl, şirin \"kəpənəklər\"... Efirlərə çox baxdım, müxtəlif səpkili əsərlər, mahnılar bəstələdim. Bir az da uşaqlara vaxt ayırmaq qərarına gəldim. Çünki hazırda bu ölkədə uşaq mahnıları yatıb, inkişaf yoxdur, hamı uşaqları unudub. Yalnız sevgidən yazırlar. Özü də elə yazırlar ki, insanın sevməyi də gəlmir. Xarici kanallara baxıram və uşaqların necə üzə çıxdığını, inkişaf etdiyini görürəm. Aktivdirlər, kamera ilə işləyirlər, utancaq deyillər. Niyə bizdə bu yoxdur? Uşaqlarla işləmək lazımdır. Bu öhdəliyi, məsuliyyəti üzərimə götürmək qərarına gəldim. Niyə də yox? \"Butterflies\" adlı 4 qızdan ibarət ilk qrupumu yaratdım. Ləman, Nigar, Aylin və Nəzrin adlı çox aktiv, enerji dolu qızlardır. İşlədiyim Xəzər Universitetinin \"Dünya\" məktəbində uşaqlar arasında seçim edərək, bu dördlüyün üzərində dayandım. Sözün düzü, axtarışım hələ də davam edir. Uşaqlarla işləməyim bununla bitməyəcək. İnşallah, bunlardan əlavə uşaq qrupları, solo ifalar və s. üzə çıxartmaq fikrim var. Yəni, marağı olanlar müraciət edə bilər. İstedadlı, aktiv, maraqlı uşaqlarla işləməkdən zövq alıram. Onların repertuarlarını özüm hazırlayıram. İfa edəcəkləri mahnıları da özüm yazıram. Sözləri isə müxtəlif şairlərə məxsusdur. Məsələn, ingilis dilində olan \"Happy Butterflies\" adlı mahnımın sözlərini Ruqiyyə Rüstəmova yazıb. \"Günəş\" adlı mahnımın sözlərini isə İsmayıl Vəliyev yazıb. Bizim bu və digər şairlərlə iş birliyimiz bundan sonra da davam edəcək \".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB