İlk dəfə 1988-ci ildə keçirilən və bu il 34-cü dəfə təşkil ediləcək "Best Model Turkey 2021" yarışmasının yarım final həyəcanı başlayıb. Müsabiqə iştirakçılarını əks etdirən görüntülər sosial mediada səs-küy yaradıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kıvanç Tatlıtuğ, Kenan İmirzalıoğlu, Güzide Duran və Deniz Akkaya kimi məşhur adların seçildiyi "Best Model Türkiyə" yarışmasında ilkin seçim turu həyəcanı yaşanıb.
Təşkilatçı Erkan Özerman tərəfindən koordinasiya edilən "Best Model Turkey 2021" yarışmasına qatılmaq üçün onlarla gənc seçmələrin keçirildiyi otele axın edib. 50 məşhurdan ibarət yarışın münsiflər heyəti ən uğurlu 25 qız və 25 oğlanı seçəcək. Sosial mediada paylaşılan seçim şəkilləri qısa müddətdə gündəmə gəlib. Sözü gedən fotoşəkillərdə qadın namizədlərin arxada dayandıqları, kişilərin yerdə oturaq vəziyyətdə sıx olduqları görülüb. Yarışın təşkilatçısı Erkan Özerman iştirakçılarla selfi edib.
Bu il yarışa qatılmaq üçün kişilər daha çox müraciət edib. "Best Model Turkey 2021"-də 79 qadın və 196 kişi rəqib iştirak edəcək, ən yaxşı modelin seçilməsi üçün rəqiblər bacarıqlarını göstərəcək.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB