Aktrisa pakistanlı sevgilisini izlədi - FOTOLAR

Aktrisa pakistanlı sevgilisini izlədi - FOTOLAR

"Miss Turkey 2018" Şevval Şahin 1,5 ildir birlikdə olduğu proqram mühəndisi Yiğit Markus Araldan ayrıldığını açıqlayıb. Gözəl aktrisa son vaxtlar şəxsi həyatı ilə tabloidlərin gündəmindən düşmür. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən illərdə pakistanlı Syed Əmir Əli Kirmani ilə yollarını ayırdıqdan sonra Yiğit Markus Aral ilə eşq macərası yaşamağa başlayan Şevval Şahin bu münasibətə son verib. Şevval Şahindən təəccüblü hərəkət gəlib. O, son illərdə uzun müddət sevgili olduğu Pakistanlı Syed Əmir Əli Kirmaniyi sosial mediada izləməyə başlayıb.

Çaşqın hərəkət

Seyid Əmir Əli Kirmani də aktrisanı izləyib. Keçmiş sevgililərin sosial şəbəkədə biri-birini izləməsi baş qarışdırıb.

Aktrisa sosial media hesabında 1,5 ildir birlikdə olduğu proqram mühəndisi Yiğit Markus Araldan ayrıldığını açıqlayıb. "İnstaqram"da açıqlama verən model “Markusla bir müddət əvvəl yollarımızı ayırdıq. Hələ də bir-birimizi düşünürük və münasibətimiz artıq ikimiz üçün də sağlam olmadığından, dost qalmağa qərar verdik" deyib.

"Mənim 21 yaşım var"

Bu yaxınlarda ekranlara tuş gələn Aral, jurnalistlərin evlilik sualına "Onsuz da bir yerdə yaşayırıq, ancaq övladımız olmadığı təqdirdə evlənməyə ehtiyac yoxdur və son dərəcə ciddiyik. İmza üçün heç bir səbəb yoxdur" deyə cavab verib.

Digər tərəfdən Şevval Şahin "evlilik" məsələsində "Mənim 21 yaşım var. Belə şeyləri düşünmürəm. Hal-hazırda belə bir düşüncəm yoxdur" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə