2004 Türkiyə Gözəllik müsabiqəsində üçüncülük qazanan və daha sonra aktyorluğa keçən Birce Akalay, ilk dəfə keçən ay sevməyə başladığı memar sevgilisi Erdem Hamza ilə kameralara tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birce Akalay nəhayət axtardığı sevgini tapıb. Asmalıməsciddə bir yerdə dostları ilə əylənən yeni cütlüyün bir-birinə baxdığı anlar kameralara əks olunub.
Sevgi haqqında suallara cavab verməyib
Məkandan çıxdıqdan sonra jurnalistlərə "Axşamınız xeyir" deyərək maşınına minən aktrisa, yeni münasibəti barədə "Təşəkkürlər, o mövzulardan danışmayaq" deyərək uzaqlaşıb. 37 yaşlı Akalay açıqlama verərkən, nəqliyyat vasitəsində olan Həmzə üzünü gizlədib.
Ayrıldıq, dostuq
Məşhur aktrisa, son aylarda bir müddət sevgili olduğu Fasih Saylanla yollarını ayırdığını açıqlayıb. Akalay, "Hələ də dostuq, amma münasibətimizi sonlandırdıq. Onsuz da çox köhnə dostuq." Jurnalistlərin “evlənmək istəyirsən?" sualına isə xeyr" cavabını verib.
İki dəfə evləndi
Birce Akalay, onun kimi aktrisa olan Murat Ünalmışla 2011-ci ildə ailə qurmuşdu. Lakin, cütlüyün xoşbəxtliyi qısa davam etdi. Cütlük 2012-ci ildə yollarını ayırdı.
2014-cü ildə Akalay bir müddət eyni serialda rol alan Sarp Levendoğlu ilə nikah masasına oturdu. Daha əvvəl iki dəfə ayrılıq ərəfəsində olan çütlük, üçüncü qərarından geri çəkilmədi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB