Cinsi istismara məruz qalan aktrisa - ŞOK ANLARI DİLƏ GƏTİRDİ

Cinsi istismara məruz qalan aktrisa - ŞOK ANLARI DİLƏ GƏTİRDİ

Son bir neçə gündə Elmalı işi Türkiyəni ayağa qaldırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra məşhur adlar istismara məruz qaldıqlarını etiraf edib və susmamalı olduqlarını söyləyiblər. Bu adlardan biri də türk aktrisa Melisa Döngel olub. Bu yaxınlarda uğurlu aktrisalığı ilə ad çıxarmış Melisa Döngelin öz atası tərəfindən cinsi istismara məruz qaldığı ortaya çıxıb. Sosial mediada Melisa Döngelə dəstək mesajları yağdırılıb. İllərdir davam edən, lakin yazılması çətin olan məhkəmə qeydlərində əks olunan istismarın təfərrüatları qan dondurub. Melisa Döngel məhkəmədə dəfələrlə məruz qaldığı cinsi istismardan və psixoloji məhvindən danışıb: "Dik durmaqdan bezmişəm. Heç bir şey olmamış kimi yaşamaqdan da bezmişəm. Heç vaxt uşaqlığımı yaşaya bilməmişəm”.

Melisa Döngel 4 il əvvəl atası haqqında şikayət etmişdi, ancaq cinsi istismara məruz qaldığı illərdir olub. Döngelin şikayəti üzərinə atası A.D. nəzarətə alınıb. Qızının film agentliyində aktrisa kimi çalışmaq istədiyini söyləyən A.D, "Onun ayrılmasını istəmədim. Agentliyə başladıqdan sonra davranışında dəyişikliklər oldu. Niyə belə bir film hazırladığını anlaya bilmirəm. Mən qızımı sevən bir atayam. Qonşularım mənim necə bir insan olduğumu bilir. Onlardan da cinsi istismar ittihamını soruşa bilərsiniz” deyərək haqqındakı iddiaları rədd edib.

Anasına desə də, inanmayıb

Məhkəmədə özünü eyni şəkildə müdafiə edən A.D-dən sonra ana N.D-dən qalmaqallı bir açıqlama gəlib. 19 ildir əri ilə evli olduğunu deyən Ukrayna vətəndaşı ana N.D, "Qızım 2 il əvvəl mənə atasının ona təcavüz etdiyini söylədi. Amma görmədiyim üçün inanmadım. Bir səhər onu qızımın yanında gördüm, nə etdiyini soruşduğumda, "pul verirdim" dedi. O dövrdə 17 yaşında olan Döngel, yaşadığı dəhşətli hadisəni səhifə dolu bir açıqlamasında izah edib. Atasının da şiddət tətbiq etdiyini söyləyən Döngel, "Evdə hər zaman dava olur. Ən sadə şəkildə, suyun yeri dəyişdirilsəydi, gəlib təpikləyərdi”.

Anadan dəhşətli sözlər

Anasına cinsi istismara məruz qaldığını söyləyən aktrisa, "Anam inanmadı. Dedi, polisə getməyin, atanızı aparacaqlar. Buraxıldıqdan sonra səni öldürəcək” dedi. Döngel atası və üçün pul mənbəyi olduğunu izah edərək, "Evdə qalmamaq üçün davamlı çalışırdım. Yalnız anama deyil, məruz qaldığım istismarı dostlarıma da danışdım. İlk dəfə cinsi istismara liseydə məruz qalmışam".

“Özümü öldürməyə cəhd etdim”

"Çünki atam davamlı olaraq aktyorluğumu bitirəcəyim və məni məktəbdən çıxaracağı ilə hədələyirdi" deyərək böyük qorxusunu dilə gətirməyə çalışan Döngel, "Hətta özümü öldürməyə çalışdım. Dəfələrlə xəstəxanaya yatdım. Sonra peşman oldum. "Niyə bunu özümə etdim?" dedim” deyib.

“Qızım olsa atası ilə necə tək qoyaram?!”

Anasının sözlərindən şikayət etməkdən qorxduğunu dilə gətirən Döngel, yaşadıqlarını ürəkləri dağlayan sözlərlə ifadə etməyə çalışıb: "Depressiyadayam. 30 yaşım var kimi hiss edirəm. Heç vaxt uşaqlığımı yaşamamışam. Dostlarım parkda oynayarkən "bu adamdan necə qurtula bilərəm?" deyirdim. Həmişə getmək istəyirdim. Bundan sonra necə ana olacağam? Necə olacaq? Necə ailə quracağam? Bir gün bir qızım olsa, onu atası ilə evdə necə tək qoyacağam?"

15 il həbs qərarı

Məhkəmədə şahidlər də dinlənilib. A.D-nin yaxınları qurban qızı "yalan danışmaqda" günahlandırsalar da, hesabatda Döngelin dəhşətini ortaya qoyaraq ağır depressiya və travma sonrası stres xəstəliyindən əziyyət çəkdiyi də ortaya çıxıb. Hesabatda bu vəziyyətin cinsi istismar aktları ilə baş verə biləcəyi qeyd edilib. Bütün dəlillərdən sonra məhkəmə müttəhimin ifadəsinin cinayətdən yaxa qurtarmaq məqsədi daşıdığını və hörmət göstərmədiyini söyləyib. Melisa Döngelin hadisəni bir-birinə uyğun olaraq bütün mərhələlərdə israrla və səmimi olaraq söylədiyini qeyd edərək, A.D-nin 15 il həbs cəzasına məhkum edilməsinə qərar verilib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə