Tanınmış aktrisa ana oldu - FOTOLAR

Tanınmış aktrisa ana oldu - FOTOLAR

"Hepsi bir" qrupunun üzvü müğənni və aktrisa Cemre Kemer, 23 dekabrda səkkiz ildir birlikdə olduğu reklamçı Emir Mədinə ilə nigah masasına oturmuşdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cemre Kemer dünən ilk körpəsini dünyaya gətirib. 36 yaşlı müğənni "İnstaqram" hesabında xoş xəbəri açıqlayıb. Reklamçının həyat yoldaşı sosial mediada 4 İyul 2021-ci il tarixini ürək emojisi ilə də paylaşıb.

İzləyicilərindən təbrik mesajları alan Emir Mədinə - Cemre Kemer cütlüyü qızlarına "sərbəst" və "güclü" mənasını verən "Karla" adını veriblər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə