"Könül dağı" serialı ilə diqqət çəkən gənc aktyor Berk Atanın Selin Yağcıoğlu ilə eşq macərası yaşadığı ortaya çıxıb. Cütlük sosial media hesablarında yayımladıqları mesajlarla sevgilərini elan ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Berk Atan və Selin Yağcıoğlu, Alaçatıdakı bir məkanda dostları ilə oturarkən kameralara tuş gəliblər. Daha sonra Berk Atan sosial media şəbəkəsində etdiyi paylaşımla eşqini elan edib. Berk Atan paylaşımında Selin Yağcıoğluna "Çox gözəlsən, amansızsan!" deyib, Yağcıoğlu isə buna ürək emoji ilə cavab verib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB