Məşhur aktrisaya təhqir dolu mesajlar - FOTOLAR

Məşhur aktrisaya təhqir dolu mesajlar - FOTOLAR

Sosial mediadan aktiv istifadə edən türk məşhurlardan biri Mine Tugay “İnstaqram” hesabından yeni şəkil paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözəl aktrisa şəkli paylaşdıqdan sonra izləyicilərindən "Tez sağal" mesajları tökülüb.

“Medcezir”, “Strawberry Smell”, “Shattered” seriallarında rol alan gözəl aktrisa Mine Tugay bir müddətdir ekranlardan uzaqlaşmışdı. Nəhayət, “Zalim İstanbul” serialında "Səniz" obrazı ilə xatırlanan aktrisa tətilinə qaldığı yerdən davam edir.

Səhər dənizdən və günəşdən zövq alan aktrisa yataq otağından çəkdirdiyi şəkli "İnstaqram"ın hekayə hissəsində paylaşıb.

Paylaşdığı şəkillərlə ad qazanan aktrisa, “tezliklə sağal” mesajı alıb. Tuğay axşam yeməyə çıxıb və yaxşı olduğunu bildirib.

Keçən həftə Mine Tugay "İnstaqram"da söyüş və təcavüz mesajları göndərən və çalışdığı sahəyə gələn 23 yaşlı Yusuf Bozkurtu şikayət edib.

Tugay, "Cib telefonuma mesaj göndərdikdən sonra işlədiyim çəkiliş meydançasına gəldi. Mənə qeyri-adi şəkildə baxdığını hiss etdim" dedi.

Bozkurta səs, yazılı və ya video mesajla açıq şəkildə təhqir etdiyi üçün 2 il 4 ay həbs cəzası ilə istintaq açılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə