Avstraliyalı model Bridget Malkolm, 2016-cı ildə "Victorias Sekret"in dəfiləsindəki modellik təcrübələrindən və 2017-ci ildə şou üçün nə üçün istənmədiyini danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş "Victorias Sekret" modeli Bridget Malkolm bir zamanlar tanıtımda çıxdığı marka ilə bağlı təəccüblü açıqlamalar verib.
"Bədənimin yaxşı görünmədiyini dedilər"
29 yaşlı avstraliyalı model, yayımladığı "TikTok" videosunda 2016-cı ildə təşkil olunan moda nümayişi üçün 30 A ölçülü büstqalter taxdığını, "Əslində mənim ölçüm 34 B idi və bu mənim üçün yaxşı ölçü idi" dedi.
Markanın keçmiş baş direktoru Ed Razek tərəfindən daha sonra 30 B bütqalter ölçüsünə keçdiyinə görə 2017 moda nümayişindən kənarlaşdırıldığını izah edən Malkolm, "Ed Razek bədənimin kifayət qədər yaxşı görünmədiyini söylədi" - dedi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB