Tanınmış aktrisa üçüncü dəfə ana olub

Tanınmış aktrisa üçüncü dəfə ana olub

"Wonder Woman" ulduzu Gal Gadot üçüncü övladını dünyaya gətirib. Sosial mediada xoş xəbəri açıqlayan 36 yaşlı aktrisa körpəsinin adını da açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gadot bir qız uşağı dünyaya gətirib. Uşaqları və həyat yoldaşı ilə çəkdirdiyi şəkli "İnstaqram" hesabında paylaşan 36 yaşlı ulduz izləyicilərindən 2,7 milyondan çox bəyənmə və çoxsaylı təbrik mesajları alıb. Gal Gadot, "İnstaqram" paylaşımında "Şirin ailəm. Daha çox xoşbəxt və yorğun ola bilməzdim. Daniellanın ailəmizə qatılmasından çox həyəcanlıyıq. Hamınıza sevgi və sağlamlıq göndəririk", deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə