Bəzi tanınmış müğənnilər əqli cəhətdən zəif uşaqlar üçün oxumağa qonorar istəyiblər

Bəzi tanınmış müğənnilər əqli cəhətdən zəif uşaqlar üçün oxumağa qonorar istəyiblər

1 iyun Uşaqların Beynəlxalq müdafiə günü ilə əlaqədar ENES.F prodakşının təşəbbüsü və təşkilatçılığı ilə \"Zirvə\" adlı böyük layihəyə imza atılıb. \"ENES.F\" prodakşın bununla bağlı \"Ramada\" oteldə mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında prodakşının rəhbəri Sevinc Səfərova çıxış edərək məqsədləri barədə açıqlama verib və bildirib ki, uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı keçirilən \"Zirvə\" adlı konsert proqramından əldə olunan gəlir Xəzər rayonunda yerləşən 3 saylı əqli cəhətdən zəif uşaqlara təqdim olunacaq.

Məlumat üçün onu da bildirək ki, prodakşn konsertə qədər adıçəkilən təhsil ocağında olub və uşaqlarla görüşüb, onların problemləri ilə maraqlanıb. 3 saylı uşaq evinin sakinləri Sevinc Səfərovadan müasir texniki avadanlıqlar, musiqi mərkəzi və digər texniki avadanlıqlar gətirməyi xahiş ediblər. İyunun 1-də \"Bay İstanbul Palace\"də keçirilən \"Zirvə\" adlı konsertdə Azərbaycanın ən tanınmış sənətçiləri, xalq artisti Flora Kərimova, müğənnilərdən Elnur Məmmədov, Ayaz Qasımov, Cəmilə və digərləri çıxış edəcəklər. Konsertin aparıcılıq missiyası Azərbaycanın xalq artisti Firəngiz Mütəllibovanın üzərinə düşür. Yeri gəlmişkən, mətbuat konfransında prodakşnın prodüseri Hamlet Cahangirov da iştirak edirdi. Prodüserin sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün bir çox müğənnilərə müraciət olunsa da, bəzi tanınmış sənətçilərimiz uşaqların beynəlxalq müdafiə günündə keçirilən xeyriyyə tədbirində çıxış etmək üçün qonorar tələb ediblər. Hamlet Cahangirov çıxışında bildirib ki, uşaqları müdafiə etmək, onların qayğısına qalmaq hər bir vətəndaşın borcudur.

1 iyun Uşaqların Müdafiə Günü və Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunan "Zirvə" konsertində 3 saylı əqli cəhətdən zəif uşaq evinin sakinləri də çıxış edəcək. Onlar həm konsertə baxacaqlar, həm də onlar üçün xüsusi yemək masası hazırlanacaq. Zirvə layihəsinin həyata keçirilməsində TİVİ MMC, \"Bay İstanbul Palace\", \"ENES prodakşn\", \"Qreys Beatuful\" kompleks maddi dəstəyini əsirgəməyib.

Mərasimdə prodakşnın xüsusi bəstəkarı Tərlan Duan da iştirak edirib. Gecə üçün xüsusi bir musiqi musiqi elegiyası hazırlanıb. Gecədə eyni zamanda \"ENES prodakşn\"ın nəzdində fəaliyyət göstərən \"Xəzər\" vokal instrumental ansamblı da çıxış edəcək. Mətbuat konfransında da ansamblın nümayəndəsi Bəxtiyar Kərimov da media nümayəndələrinin qarşısında canlı ifa nümayiş etdirib.

Sevinc Səfərovanın başçılığı ilə fəaliyyət göstərən prodakşın gələcək planları barədə də geniş məlumat verib. Prodüsser Mərkəzi öz fəaliyyətinin əsas istiqamətini gənc istedadlara köməkdə ehtiyacı olanlara yardım göstərməkdə görür. Gələcəkdə müxtəlif internat evlərində yaşayan uşaqlara dəstək olmaq məqsədilə müxtəlif sahələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, adıçəkilən qurumlar iyunun 6-da 3 saylı əqli cəhətdən zəif uşaqlar üçün xüsusi müasir texniki abadanlıqlar təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə