Kaan Yıldırımın imic dəyişikliyinin səbəbi - BƏLLİ OLDU

Kaan Yıldırımın imic dəyişikliyinin səbəbi - BƏLLİ OLDU

Jurnalın başlıqlarını Hadisə ilə sevgisi ilə bəzəyən Kaan Yıldırım imicini dəyişdirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dəyişikliyinin səbəbi ortaya çıxıb.

Kaan Yıldırım saqqallı bir fotoşəkil paylaşıb və sosial media yıxılıb. Hadisədən təzə ayrılan aktyorun sevgidən əziyyət çəkdiyi üçün depressiyaya düşdüyü iddia edilib.

Ancaq həqiqət ortaya çıxıb. Yıldırım, TRT-də yayımlanacaq olan Mövlananın həyatından bəhs edən serialda rol alacaq. Mövlananın köməkçisini canlandıracaq. Həm də rol üçün saqqalını uzadıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə