Şeyma Subaşı körpəsini itirəndən sonra İbizada dostları ilə görüntülənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yanında misirli iş adamı Məhəmməd Alsaloussi və evlilik üzüyü olmayıb. Çətin bir prosesi keçən Subaşı atəş püskürüb.
Bir neçə gün əvvəl sosial media hesabından hamilə olduğunu açıqlayan Şeyma Subaşı, ingilis dilində bir mətn yayımlayıb: “Dünyadakı dostlarım və ailəm. Bu yaxınlarda hamilə olduğum barədə şayiələri məmnuniyyətlə təsdiqləyərdim və hamilə olduğumu bildirərdim. Düzü, evlənməyə tələsdik. Tələsməyə heç bir səbəb olmadığına qərar verdik.
Bir-birimizi sevirik və hörmət edirik, buna görə qeyd etmələri hələlik təxirə salmağa və hamiləlikdən zövq almağa qərar verdik. Bütün xoş arzularınız və dəstəyiniz üçün təşəkkür edirik. Gələcək üçün həyəcanlıyam" dedi.
Ancaq bu açıqlamadan bir gün sonra Subaşı körpəsini itirdiyini söylədi, "Mən əvvəlki yazımda yüksək stress səbəbi ilə toyu təxirə saldığımızı söylədim. Təəssüf ki, bu stres körpəmi itirməyimə səbəb oldu. Çox kədərlənirəm. Dəstəyiniz üçün təşəkkür edirik. "Kədərlənməyim və yaşadığım duyğuların öhdəsindən gəlməyim üçün vaxt lazımdır" dedi.
Bütün bu hadisələrdən sonra Məhəmməd Alsaloussi İbizada nümayiş olunan sosial media fenomeninin yanında deyildi. Bunun əvəzinə Subaşı dostları ilə çimərlikdə gün keçirdi.
Şeyma Subaşının dostları ilə birlikdə olması və Alsaloussi'dən evlilik təklifi aldığı solitaire üzüyünü taxmaması, ayrılma ehtimalını yada saldı. Şeyma Subaşı isə iddialara sərt yanaşdı.
Bir uşaq anası "Məni rahat buraxın. İnsan itkisinə hörmət edin. Cavab vermək və ya bir şey danışmaq məcburiyyətində deyiləm. İstəsəm özüm İnstaqramda yazı paylaşacağam" dedi.
"Xahiş edirəm, biraz hörmət edin. Türkiyə mətbuatında haqqımdakı xəbərlər məni maraqlandırmır. Bu səbəbdən hər ifadəmi ingilis dilində yazıram" dedi.
Bir neçə həftə əvvəl sevgilisi Məhəmməd Alsalussidən evlilik təklifi alan Şeyma Subaşı həyəcanını pərəstişkarları ilə bölüşdü: “Həyatımda nə qədər sehrli və unudulmaz bir an var. Hisslərimi izah edəcək söz tapa bilmirəm 'dedi, təklifi qəbul etdiyini açıqladı.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB