Keçmiş həyat yoldaşları tətildə - FOTOLAR

Keçmiş həyat yoldaşları tətildə - FOTOLAR

Keçmiş həyat yoldaşları Damla Ersubaşı və Mustafa Can Keser Bodrumdadır. Mədə kiçiltmə əməliyyatından sonra 41 kiloqram arıqlayan və 49 kiloqrama düşən Damla Ersubaşı, keçən il boşandığı Mustafa Can Keser ilə Bodrumda görüntülənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Sehirli Annem" serialının "Tuğçesi" olan Damla Ersubaşı, 2016-cı ildə Mustafa Can Keser ilə evləndi və 2017-ci ildə qızı Zehranı, 2019-cu ilin dekabrında ikinci övladı Zeynep Nisanı dünyaya gətirdi.

İkinci körpəsinə 8 aylıq hamilə olanda, ərinin onu aldatdığı iddiası ilə gündəmə gəlib. Daha sonra boşanan çütlük indilərdə Bodrumda uşaqları ilə tətildədir.

Ötən gün uşaqlarıyla birlikdə Türkbükü Mavi Otel çimərliyində olan keçmiş cütlük, ətraflarında olan jurnalistlərə xoşbəxt bir ailə görüntüsü veriblər. Zehra və Zeynep Nisanın atasına bir daha şans verməyi düşünməyən Damla Ersubaşı, "Yanlış başa düşməyin, aramızda heçnə ola bilməz. Yalnız qızlarımız üçün bir yerdəyik, birlikdə tətilə çıxmışıq" dedi.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə