İtaliyalı idman şərhçisin Diletta Leotta ilə sevgili olan Can Yaman Türkiyəyə gəlib və Bodrumda dincəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük kirayəyə götürdüyü qayıqla Çökertme Körfəzində lövbər salıb və sevişib. Can Yaman onu öpüşlərlə boğan Leottayı dayandırsa da, bunu bacara bilməyib. Nəhayət, həll yolunu dənizə atlayaraq tapıblar.
Can Yaman Diletta Leottaya yanvar ayından bəri aşiqdir. Bir neçə ay idi ki, İtaliyada yaşayırdılar. Keçən həftə isə Türkiyəyə gəliblər.
Aktyorun anası Güldem Yaman gələcək gəlini ilə tanış olub və birlikdə İstanbulu gəziblər. Cütlük artıq yollarını Bodruma salıblar.
Can Yaman əvvəlki gün qayıq göyərtəsində günəş vannası alıb. İtaliyalı diktorun yanına gələrək onu öpüşlərə qərq edib. Onu qucaqlayaraq yanında uzanıb. Can Yaman gələcək həyat yoldaşına bir müddət cavab versə də, sonra dayanması üçün xəbərdar edib.
Leotta Ayasofya məscidini ziyarət etməyə də laqeyd yanaşmayıb. Gözəl natiq Ayasofyadakı pozasını izləyicilərinə təqdim edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB