“Səksənlər” serialında Rasim Öztəkinə duyğusal vida

“Səksənlər” serialında Rasim Öztəkinə duyğusal vida

Əyləncəli ssenarisi ilə diqqət çəkən "Səksənlər" serialı dünən gecə yeni mövsümün ilk bölümü ilə ekrana gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyimiz məlumata görə, “Səksənlər” serialında "Fehmi" obrazına həyat verən mərhum aktyor Rasim Öztekin duyğusal bir video ilə anılıb.

Qeyd edək ki, mərhum aktyor Rasim Öztəkin bu ilin mart ayında ürək tutması səbəbi ilə İstanbulda Dr. Siyami Ərsək Ürək və Damar Cərrahı Təhsil və Araşdırma xəstəxanasında 62 yaşında vəfat edib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə