Arzum Onan qırmızı geyimi ilə diqqət çəkdi - FOTO

Sosial medianı aktiv şəkildə istifadə edən Türkiyəli aktrisa Arzum Onan, paylaşdığı qırmızı geyimi ilə güclü təsir bağışlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, evliliklərinin 23 ilini geridə qoyan Arzum Onan və Mehmet Aslantuğ cütlüyü, gözlərindən uzaq tutduqları şəxsi həyatları ilə məşhur cütlüklərdən biridir.

Son olaraq "Masumiyyət" serialında boy göstərən Mehmet Aslantuğdan fərqli olaraq, Arzum Onan 17 il əvvəl aktrisalıq karyerasına son verib. Qısa saç düzümü ilə böyük bəyənmə qazanan Arzum Onan, bu yaxınlarda çəmənlikdə qırmızı geyimi ilə ayaqyalın gəzərkən şəklini paylaşıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə