Merve Oflaz və Allan Hakkonun sevgi tətili FOTOLAR

Kanal D-də "Arka Sokaklar" serialında rol alan Merve Oflaz tətil mövsümünü sevgilisi Allen Hakko ilə Bodrumda açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Oflaz və Hakkonun qucaqlaşması gözdən qaçmayıb.

Merve Oflaz mövsümü keçən həftə Çeşmədə rəfiqələri ilə açıb. Əvvəlki gün Bodruma gedib və tətilin ikinci mərhələsinə bir ildir aşiq olduğu Allan Hakko ilə başlayıb.

Valentin də Cennet körfəzindəki otelin çimərliyində görünüb. Onların arasında səmimi dostluq var. Merve Oflaz dostunun körpəsini sevməkdən doymayıb. Görənlər "Qucağınıza yaraşır" şərhini yazıblar. Allan Hakko da hər fürsətdə Merve Oflazı qucaqlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə