Tarık Emir Tekin və sevgilisinin Bodrum tətili FOTO

Türk aktyor Tarık Emir Tekin və sevgilisi Sofiyanın sevgisi davam edir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Bodrumda mövsümü açaraq sərin suya qərq olan cütlük dənizdə öpüşərkən görüntülənib.

24 yaşlı Tekin Bodrumda uzun müddət sevgilisi Sofiya ilə tətil vasitəsilə nəfəs alıb.

Suda eşq!
Suda davamlı bir-birlərini qucaqlayan cütlüyün çox xoş olduqları görülüb. Zaman- zaman romantik anlar yaşayan ikili, bir-birlərini öpüşə boğublar.

Sevgilisi ilə birlikdə anasını ziyarət edib

Digər tərəfdən, Tarık Emir Tekin son aylarda sevgilisi Sofiya ilə birlikdə Cihangirdə anası Şevval Samı ziyarət etmişdi. Bu vaxt açıq avtodayanacaqda qoşqu üzərində rəsm çəkən ana oğlu və onu təəccübləndirən sevgilisi ilə söhbət edib.

“Qeybətini etməyək”

Oğlunun sevgilisi Sofiya ilə görüşən Sam, "Gəlininlə tanış oldun" şərhinə belə cavab verib:
'Gəlin' demək hələ tezdir. Həyatın necə axacağını bilmirəm. Sofiyanı 6 il əvvəldən tanıyıram. İndi burada dedi-qodu etməyək. Evlilik üçün hələ tezdir. Oğlum sadəcə karyerasını qoruyur.

"Ailə qurmağı düşünmürəm"

Tarık Emir Tekin evlilik suallarına "Anamla görüşürlər, mənim cəmi 23 yaşım var. Ailə qurmağı düşünmürəm” cavabını verib.

Tekin, Samin 1993-1999 arasında evləndiyi Beşiktaşdan olan keçmiş futbolçu Metin Tekinin oğludur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...