Mithun Çakroborti sağdır! VİDEO+FOTO

Mithun Çakroborti dünyaca məşhur Hindistan kino aktyoru və nüfuzlu ictimai xadimdir. Onun 350-dən çox filmə çəkildiyi bildirilir. Aktyorun ən yadda qalan filmləri “Tansor Disko” və “Oyna-Oyna”dır.

Mithun 16 iyun 1950-ci ildə Şərqi Pakistanda anadan olub. Onun gözəl xanımı var və adı Dita Balidir. Aktyorun 3 oğul övladı və 1 övladlığa götürdüyü qızı var.

SİA xəbər verir ki, internetdə Mithun Çakrobortinin vəfatı ilə bağlı məlumatlar yayılıb. Lakin bu xəbər yalandır. Nüfuzlu aktyor sağ və salamatdır, eləcə də xoşbəxt ailə həyatını davam etdirir. Mithun kifayət qədər ciddi insan kimi tanınır. O, öz müsahibələrində də bildirib ki, taleyə inanır və hər zaman ümid edirdi ki, nə vaxtsa ulduza çevriləcək.

Mithun Çakrobortinin şəxsi biznesi də var. Onun şəxsi kinostudiyası və otellər şəbəkəsi fəaliyyət göstərir. Eyni zamanda, aktyorun biznesi günbəgün çiçəklənir və bu gün o ən zəngin hindistanlılardan hesab edilir. Aktyorun iki idman klubu da fəaliyyət göstərir – futbol və kriket.

Mithun Çakroborti digər fəaliyyətləri ilə yanaşı, həm də xeyriyyəçiliklə də məşğuldur. O, hazırda da filmlərə çəkilməyə davam edir. Onun filmlərini izləmək hər kəsə xoş ovqat bəxş edir və aktyor hələ də insanların qəlbələrini fəth etməkdədir. Mirhun yaraşıqlı, xeyirxah, istedadlı şəxs kimi dünyada öz məşşhurluğunu qoruyub-saxlamaqdadır.

Xatırladaq ki, Mithunun ölüm xəbəri ilk dəfə yayılmır və onun özünün də ifadə etdiyi kimi, belə məlumatları yayanlar onun istedadını arxa plana keçirməyə çalısalar da, əks-effekt yaradır və onun məşhurluğu daha da artır.

Videoya aşağıdakı linkə tıklamaqla baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=0-Y_b31SL0g

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə