Məşhur bəstəkar və skripka virtuozu Selçuk Tekay dünən 68 yaşında infarkt nəticəsində vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, illərdir birlikdə çalışdığı Emel Sayın, Selçuk Tekayın ölümünü jurnalistlərə bildirib: "Deyəcək söz tapa bilmirəm, çox, çox üzüldüm. Məkanın cənnət olsun, Selçuk Tekay. Ailənizə və bütün yaxınlarınıza başsağlığı və səbr diləyirəm".

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ürək tutmasından sonra dünyasını dəyişən unudulmaz əsərlərin bəstəkarı Selçuk Tekay üçün başsağlığı mesajı verib

Nazirliyin sosial media hesabında yayımlanan mesajda, "Unudulmaz əsərlərinə görə hər zaman hörmət və sevgi ilə xatırlanacaq usta skripka virtuozu və bəstəkar Selçuk Tekaya Allahdan rəhmət diləyirik və ailəsinə başsağlığı veririk" ifadələri daxil edilib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə