Azərbaycanın tanınmış müğənnisi Arzum Xəlilova dəyişməyi çox sevir. SİA-nın məlumatına görə, hər zaman imici üzərində dəyişiklik edən müğənni gəlirinin 20 faizin geyimə verib, dolabına düzür.
Evində saysız-hesabsız geyimləri olan müğənni hər səhər yuxudan oyanan kimi birinci növbədə tərəziyə çıxır. Axı o, çəkisinin artmaması üçün əlindən gələni edir: "Mən səhnədə olan insanam. Hər zaman da göz qabağındayam. Mənim üçün yaxşı görünmək birinci növbədə dayanır".
Müğənni gözəl libasları xüsusiilə sevdiyini də gizlətmədi: "Gözəl geyim görəndə, özümü saxlaya bilmirəm. Onu mütləq alıram. Neyləmək olar. Həyatı bir dəfə yaşayırıq. Gərək istədiyimiz kimi yaşayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB