Deniz Uğur tərəf müqavili ilə evlənib - FOTOLAR

2017-ci ildə “Bir Deli Rüzgar” serialında evli cütlük rolunu oynayan Deniz Uğur və Erdinç Gülener "Gökçeada"da evləniblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uğur toyunun xoşbəxt anlarını sosial media hesabında pərəstişkarları ilə bölüşüb.

Qatıldığı seriallarda qazandığı uğurlarla adından söz etdirən aktrisa Deniz Uğur, bir həftə əvvəl çoxdankı həmkarı Erdinç Gülenerlə evlənəcəyini açıqlayıb. Cütlük dünən xoşbəxtliyə qədəm qoyub.

Sadə mərasimlə evləniblər

Təvazökar bir toy etmək istəyən cütlük, gəlinlik və bəylik kostyumları əvəzinə daha sadə geyimlərə üstünlük verib. Dəniz Uğur ağ paltar və idman ayaqqabısı, Gülener isə ağ şalvar və sürməyi rəngli köynəkdə olub.

Deniz Uğur toydan sonra sosial media hesabında xoşbəxt pozalarını izləyiciləri ilə bölüşüb: “Özümü onunla çox rahat hiss edirəm. Dənizin nə edəcəyini gözündən başa düşürəm. Danışmadan belə razılaşa bilirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə