Petek Ertürenin sevgilisi sevgisini sinəsinə həkk edib

Keçmiş aktrisa Petek Ertüre, sevgilisi Serdar Oal ilə əvvəlki gün Bodrum Yalıkavakda görüntülənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Oalın sinəsindəki petek döyməsi diqqət çəkib.

Petek Ertüre 2005-ci ildə iş adamı Əli Ağaoğlu ilə sevgili olmağa başlayıb. Onların oğlu Ali Ege 2013-cü ildə anadan olub, lakin cütlük 2015-ci ilin ortalarında ayrılıb. O gündən sonra Ertüre adı qeybətə qarışdırmayıb.

Ertüre, əvvəlki gün sevgilisi Serdar Oalile ilə Bodrum Yalıkavakdakı Miya Çimərliyində kameralara tuş gəlib. Cütlük kirayəyə götürdükləri kabanada yemək yeyib uzun müddət söhbət ediblər.

Sinəsində döymə var

Birlikdə dənizə girən Ertüre və Oal dənizdən uzun müddət zövq alıblar. Serdarın sol sinəsində, ürəyinin tam üstündəki pətək döyməsi diqqətdən yayınmayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə