Azərbaycanlı müğənnilər Riqada konsert proqramı ilə çıxıb ediblər- FOTOSESSİYA
Mayın 29-u Riqada, Latviya filarmoniyasında Azərbaycanın Respublika gününə həsr olunan simfo-muğam adlı konsert keçirilib. SİA-nın məlumatına görə, Latviyanin musiqili şəhəri olan Lepayanın 70 nəfərlik simfonik orekstrı, Azərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və "Qarabağ" triosu - Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tar ifaçısı Elçin Həşimov və əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov Filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər.
Böyük əminliklə qeyd etmək olar ki, konsert anşlaqla keçib. Latviya izləyicisi və orkestrin hər bir musiqiçisi bizim əsərləri böyük məmuniyyətlə dinləyərək ifa ediblər. Tamaşaçılar öz təəssüratlarını bölüşərək bildiriblər ki, muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir. Buna inanmaq çətindir amma bəzi anlarda bizim simfonik musiqimiz və muğamımız səsləndə nəinki həmyerlilərimizin həmçinin Latviya dinləyicisinin də gözündə yaş görünürdü.
Konsert haqqında məlumat birinci növbədə informasiya portallarında, radiolarda və televiziyada yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı \"Ocaq\" Azərbaycan mədəniyyəti mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məməmədovun, "airBaltic" aviaşirkətinin, Azərbaycanda və xaricdə ölkəmiz haqqında bir sıra mədəniyyət layihələrini dəstəkləyən ölkənin əsas mobil operatoru olan "Azercell"in dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB