Tanınmış bloqqer Aysel Şükür öz “İnstagram” hesabında “giveaway”la bağlı açıqlama edib. SİA-nın verdiyi məlumata görə, o, bildirib ki, Gülər adlı xanım ona yarış keçirtmək üçün təşkilatçılıqla bağlı təklif ünvanlayıb, ancaq sonra bloqqeri aldadıb.

Bununla bağlı bloqqer məlumat verib ki, “Bir qadın mənə yazdı ki, sizinlə yarış etmək istəyirəm. Ancaq mən dedim ki tanımadığım insanlarla işləmirəm. Başladı yalvarmağa, ehtiyacı olduğunu yazdı, xahiş etdi. Mən də razı oldum. Daha sonra məndən "borc götürmüşəm, pis vəziyyətdəyəm" adı ilə beh istədi. Etirazımı bildirdikdə isə başladı ağlamağa. Hər gün zəng edərək çıxılmaz vəziyyətdə olduğunu deyirdi. 28 may tarıxındə yarışa başlayacağını və sponsorlar yığacağını bildirdi.

Mayın 27-də axşam ona yazdım: "Sabah başlayırıq.

Mənə cavab yazmadı. Zənglərimə cavab vermədi. Ona yazdım ki, məni ələ salmısız. Ancaq yenə cavab yazmadı. Daha sonra uşağının şəklini göndərirdi. Başa düşmüşəm, şəfalar diləmişəm, cavab yazmışam ki, belə şeylər mənə göndərməyin, pis oluram. Məndən bir-iki gün möhlət istədi, beləliklə, iyunun 1-nə kimi uzatdıq. Mənə dedi ki, qoyulan vaxtdan keçmiyəcək, yarış keçiriləcək. Deməli, bunlar iki nəfər imiş. Biri ilə daha əvvəl əməkdaşlıq etmişəm. Bu cür oyun onda da başıma gəlmişdi, təbii ki, əlaqəmi kəsmişdim. Utanmadan bu xanımla şərik olub, bu dəfə onu qabağa verib. Gecə saat 1-də evə qəlib qapımı döyüb məni narahat ediblər. Dələduzluq edirlər, heç bir bloqqer onlarla çalışmasın. Kim o dələduzlara pul veribsə, tələb etsin! Hər bir sponsora ayrı-ayrı qiymət deyiblər. Biabırçılıq".

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə