Ötən ildən qalan “bazlama surat” davası

Hande Erçelə “Bazlama surat” dediyi üçün 1000 TL pul cəzası alan Alp Kılınç sosial media fenomenindən yeni yazı: "Mənim sayəmdə bişektomiya (yanaq estetiği) etdin və bugünkü gözəlliyini mənə borclusan, 1000 TL başımın gözümün sədəqəsi olsun".

Xatırladaq ki, tanınmış aktrisa keçən il, “Xarici görkəmini lağa qoyub” iddiası ilə məhkəməyə şikayət edib. Şikayətdən sonra, məhkəmə keçirilib və artıq qərar verilib. Qərara əsasən, Alp Kılınç 1000 TL, yəni təqribi 198 AZN təzminat ödəməlidir.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə