Tanınmış ulduzdan xəbər var - FOTO

Tanınmış ulduz, əri ilə bir səfərdə olarkən kameralara tuş gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gözəl aktrisanın geyim seçimi pərəstişkarları arasında müzakirə mövzusu olub.

2013-cü ildə "Silver Lining Playbook" filmindəki performansına görə, Oscar qazanan Cennifer Lavrence, New Orleansda əri Cooke Maroney ilə görüntülənib. 2019-cu ildən bəri evli olan cütlük tez-tez şəhərin küçələrində gəzintiyə çıxırlar.

30 yaşlı Cennifer Lavrence və 34 yaşlı Cookey Marone, New Orleans incəsənət muzeyini ziyarət ediblər. Muzeyin qapısının qarşısındakı pilləkənlərdə dayanan və bir müddət söhbət edən cütlüyün şən əhval-ruhiyyəsi diqqət çəkib. Bir-birlərinə gülümsəyən Lavrence və Maroney romantik anlar yaşayıblar.

Məşhur aktrisaya "Cennifer, daha böyük ölçülü paltar seçməyin zamanı gəldi" deyə səsləniblər. Əslində bu görüntünün səbəbinin hamiləlik olduğunu iddia edənlər də olub. Bu qrupdakı pərəstişkarları, cütlüyün tezliklə bir körpə xəbərini elan edəcəyini söyləyiblər.

Qeyd edək ki, Cennifer Lavrence 2014-cü ildə çılpaq pozalarının internetə yayılması ilə bağlı gündəmdə idi.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə