Pandemiya zamanı müğənnilik dərsləri alan Miray Daner musiqi arzusunu həyata keçirmək üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qatıldığı televiziya proqramlarında səsinin gözəlliyi ilə diqqət çəkən gənc aktrisa musiqiçi dostları ilə studiyaya girərək yeni bir pop mahnısı oxuyub.

"Kanal D"də yayımlandığında fenomenə çevrilən "Vətənim sənsin" serialı ilə tanınan Miray Daner, musiqi xəyalını reallaşdırmaq üçün ilk addımı atıb.

Musiqi dərsləri alan Daner, bir müsahibəsində “Musiqi dərsləri alıram. Musiqi ilə maraqlanmağı sevirəm, amma bir peşə olaraq görmək istədiyim bir sahə deyil”. Ancaq keçən oktyabr ayında qonaq olduğu İbrahim Selimin proqramında Sezen Aksunun "Vay" mahnısını oxuyan gənc aktrisa, xoş reaksiyalardan sonra fikrini dəyişib.

Mahnı üçün işə başlayan Daner yeni bir pop mahnısı oxuyub. Musiqiçi dostları ilə mətbuatda əks olunmaması üçün gizlincə işləyən gənc aktrisa, bu yaxınlarda mahnının aranjimanını tamamlayıb. Lakin Daner hələ mahnı üçün heç bir musiqi şirkəti ilə müqavilə imzalamayıb.

Qonaq olduğu bir çox televiziya proqramında mahnı oxuyan və ifası ilə qiymətləndirilən Miray Danerin bu istedadı prodüserlərin də diqqətini çəkib. Məşhur aktyor keçən il studiyaya girib, həmçinin marka siması olduğu bir cips firmasının reklam çarxı üçün bir mahnı oxuyub. Danerin də video-klipdə iştirak etdiyi mahnı, “YouTube”da 17 milyon baxış toplayaraq böyük bəyənmə qazanıb.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə