Bu gün paytaxt restoranlarının birində səhnənin iki məşhur siması Röya Ayxan və Rəhim Rəhimli duet konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın məlumatına görə, "R&R" şou adlanan konsertdə Röya ilə Rəhimin həmkarları da çıxış edəcək.
Azərbaycan ulduzlarını bir araya toplayan Rəhim konsertdən ağızdolusu danışsa da Röya bəzi məsələlərdən narazıdır.
Belə ki, Röyanın tələbinə əsasan yerli mətbuat orqanlarının konsert zalına buraxılamasına qadağan olunacaq. Əsasən ölkənin informasiya agentliklərində çalışan mətbuat nümayəndələri ümumiyyətlə, konsertdə iştirak edə bilməyəcəklər. Səbəb isə müğənninin internet saytlarına qəzəblənməsidir. Onun dediklərinə görə, internet forumlarında müğənni haqqında yazılan bütün yazılar oxucular tərəfindən müzakirəyə çevrilərək onun şərəf və ləyaqətinə xələl gətirir: "Orada internet saytalarında çalışan jurnalistlər olsa, mən səhnəyə çıxmayağam",-deyə Röya bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB