"Akrep"də yeni azərbaycanlı sima - FOTO

Türkiyənin sevilən serialı “Akrep” də əslən azərbaycanlı olan aktrisa Rəfiqə İsmayılova baş obrazın yəni, Evrim Alasyanın gəncliyini canlandırıb. SİA-ya verdiyi açıqlamada bildirib ki, bu onun ilk təcrübəsi deyil: “Ancaq bu sahədə illərdir ki, ekranlarda olan aktyor və akrtisalar ilə birlikdə çalışmaq mənim üçün olduqca həyəcanlı və qürurvericidir”.

Qeyd edək ki, hələ karyerasına yeni başlamağına baxmayaraq bir çox serial və film təklifləri alıb. Yeni başlayacaq serialının adını açıqlamayan gözəl akrtisa bu yaxınlarda ekranlarda olacağını bildirib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə