Məşhur aktyor Tolqahan Sayışman və Almeda Abazidən yaxşı xəbər var. Məşhur aktyor Tolqahan Sayışman izləyicilərinə ikinci dəfə ata olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sayışman Abazinin bir qız uşağı dünyaya gətirdiyini və sağlam olduğunu bildirib. Axşam saatlarında Anadolu tərəfindəki xüsusi bir xəstəxanaya gedən cütlük qızlarının adını Alina qoyub.

Qeyd edək ki, Tolqahan Sayışman, 2017-ci ildə Miss Globe Kainat Gözəli seçilən Almeda Abazi ilə həmin ildə Los Angelesdə evlənib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə