Xəyanət iddialarını - QƏBUL ETMƏDİ

Kibariyənin yoldaşı Ali Küçükbalcıqın tətil etdiyi hoteldə bir qadınla əl-ələ görüntüsü ortaya çıxıb. SİA-nın verdiyi məlumata görə, məşhur müğənni: “Gözümlə görmədim, bəlkə iş yoldaşıdır. Bütün kişilər yoldaşlarına xəyanət edir. Mənə original sübut lazımdır. 24 ildir ki, evliyəm və yuvamı belə şeylər üçün dağıtmaram”, deyə bildirib.

Qeyd etmək istərdik ki, xəyanətlə bağlı iddialar daha əvvəl də yayılıb. Ancaq, sənətçi bu xəbərləri yalanlayaraq qəbul etməyib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə