Hüquqi yollara baş vuracam - MƏLƏK BAYKAL

Məhşur aktrisa Mələk Baykal, ölüm şayiələrini yayan sosial media səhifələri ilə əlaqədar qanuni müddət başladacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mələk Baykal da sosial media platformalarında saxta ölüm xəbərləri verən aktyorlar karvanına qatılıb. Usta aktrisa pərəstişkarlarını qorxudan bu xəbərləri yayımlayanları məhkəməyə vermək qərarına gəlib.

Baykal qərarını "İnstaqram" hesabında izləyicilərinə bu mesajla bildirdi:

“Əziz izləyicilərim, "Mələk Baykal vəfat etdi" xəbəri ilə kanalına abunə toplamağa çalışan çox vicdansız və insanlıqdan kənar “YouTube” səhifələri var. Vəkilim Bilal Küçükşengün yalan xəbər verən mediaya dair məhkəmə prosesinə başlayacaq”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə