Tramp şalvarını tərs geyindi - ŞOK GÖRÜNTÜLƏR

Tramp şalvarını tərs geyindi - ŞOK GÖRÜNTÜLƏR

Aylar sonra kamera qarşısına keçən ABŞ-ın sabiq prezidenti Donald Tramp "şalvarını tərs geyinib" iddiası ilə gündəmdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 4 illik hakimiyyəti dövründə demək olar ki, etdiyi hər açıqlama ilə gündəmdə qalmağı bacaran Tramp bu dəfə yeni müzakirə mövzusu olub.

Mitinqə qatılan Trampın şalvarındakı qəribəlik diqqətli nəzərlərdən yayınmayıb. Şalvardakı "zamok" yerinin görünmədiyinin fərqinə varan onlarla insan bu fotonu sosial mediada paylaşıb. Görüntülər qısa müddətdə gündəm yaradıb. Bu görüntülər, şalvarlarını tərs geyinməklə məşhurlaşan 90-cı illərin hip-hop cütlüyü Kriss Krossu xatırladıb. Bir çox istifadəçi Trampı Kriss Krossa bənzədib. İngiltərənin "Daily Mail" qəzetindəki xəbərə görə, bu görüntünün səbəbi Trampın elastik belli "pull-up" şalvar geyinmiş olması ilə əlaqəli ola bilər.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə