JAY-Z və Beyonsdan romantik baxışlar

JAY-Z və Beyonsdan romantik baxışlar

Beyons və JAY-Z Nyu-Yorkun Brooklin şəhərindəki Barklays Mərkəzində Brooklin Nets və Milvaukee Bucks oyununa çıxarkən pərəstişkarlarını nadir görülən bir görünüşlə sevindirib. SİA xarici mətbuata istinadən məlumat verir ki, JAY-Z idman tərzində geyindiyi halda, Beyons qara paltar və pencək ilə cazibədar görüntü sərgiləyib. Bu yaxınlarda 13-cü toy ildönümünü qeyd edən cütlük stadionda qucaqlaşaraq, əl-ələ tutaraq basketbol oyununu əyləncəli bir gecəyə çevirib. Beyonsun oyuna baxarkən çənəsini ərinin çiyninə söykədiyi görüntüləri mediada çox danışılıb .

Qeyd edək ki, sevilən cütlük bu illər ərzində ikisi birlikdə saysız-hesabsız oyunda iştirak edib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə