Bukingem sarayından Harry və Megana - TƏBRİK

Bukingem sarayından Harry və Megana - TƏBRİK

İngiltərənin Bukingem Sarayı, Sussseks hersoqu şahzadə Harry və həyat yoldaşı Düşes Megan Markle, ikinci övladlarının dünyaya gəldiklərini bildirən bir təbrik mesajı çatdırıb. SİA-nın verdiyi məlumata görə, İngilis Kral ailəsini və vəzifələrini tərk edərək ABŞ-da məskunlaşan Sussex hersoqu şahzadə Harry və xanımı Düşes Megan Markle ikinci övladının dünyaya gəldiyini elan etdikdən sonra Buckingham Sarayı cütlüyə təbrik mesajları göndərib.

Bukingem Sarayı, İngiltərə kraliçası II Yelizabet körpənin doğum xəbərindən "məmnun olduğunu" söylədiyini bildirib.

Şahzadə Harrinin atası Uels şahzadəsi Çarlz və qardaşı şahzadə William da cütlüyü sosial media hesablarında təbrik ediblər. Şahzadə Charles dedi: "Harry, Megan və Arçieyi körpə Lilibet Diananın gəlişi münasibətilə təbrik edirəm. Bu xüsusi vaxtda hamısına ən xoş arzularımı çatdırıram”.

Şahzadə William və xanımı Kate, "Baby Lilinin gəlişi ilə bağlı xoş xəbərdən hamımız çox məmnunuq".

İngiltərə Baş naziri Boris Conson da ikinci dəfə valideyn olmaq münasibətilə təbriklərini çatdırıb. Johnson, "Sussex Dyukunu və Düşesini qızlarının anadan olması münasibətilə təbrik edirəm" deyib.

Kral ailəsinin ən yeni üzvü olan Markle və Harrynin körpə qızının Lilibet Diana Mountbatten-Windsor adlandığı və İngiltərə kraliçası Yelizabet və nənəsi şahzadə Diananın adının verildiyi bildirilib.

Şahzadə Harry və Megan Markle, ikinci övladları Lilibeth Diananın 4 iyun cümə günü saat 23:40-da Kaliforniyada Santa Barbara Kottec xəstəxanasında dünyaya gəldiklərini açıqlayıblar.

Cütlərin veb saytlarında yerləşdirdikləri bir təşəkkür mesajında, "4 iyun tarixində qızımız Lilinin gəlişi bizə nəsib oldu. Təsəvvür edə biləcəyimizdən daha çox şey və dünyanın hər yerindən hiss etdiyimiz sevgi və dualara görə minnətdarıq. Ailəmiz üçün bu xüsusi vaxtda davamlı xeyirxahlığınıza və dəstəyinizə görə təşəkkür edirəm ” - deyə qeyd edib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə