Virtual istehsal nədir? - FOTO

Aslı Tandoğan və Ceyda Düvenci, dünyada ilk dəfə tamamilə virtual istehsal ilə çəkilən "Prens" serialında baş rolları paylaşırlar. SİA-nın verdiyi məlumata görə, uzun müddətdir ekranda görünməyən Ceyda Düvenci və Aslı Tandoğan, dünyada ilk olacaq bir istehsal ilə geri dönürlər. "Prens" adlı serial "West World" və "The Mandalorian" kimi dünyaca məşhur serialların istehsalında istifadə olunan virtual istehsal ilə çəkiləcək. Serial, dünyada virtual istehsalla tamamilə çəkilən ilk teleserial olacaq.

Ssenari müəllifi və aktyor Giray Altınokun sosial mediada yaratdığı personajlardan biri olan "Kingdom 101"dən uyğunlaşdırılan "Prens" serialının ilk mövsümü səkkiz bölümdən ibarət olacaq. MGX Filmin boynuna götürdüyü serialın rejissoru Bülent İşbilendir.

"Prens" serialının aktyor heyəti

Serialın heyətində Ceyda Düvenci, Aslı Tandoğan, Çağdaş Onur Öztürk kimi adların yanında Giray Altınok, Hüseyin Avni Danyal, Serdar Orçin, Onur Özaydın, Bahadır Vatanoğlu, Derya Pınar Ak və Yılmaz Gruda kimi ustad aktyorlar yer alacaq. Komediya janrında olacaq serialın rəqəmsal platformada yayımlanacağı bildirilir.

Serialın səkkiz seriyalı ilk mövsümünün çəkilişləri başa çatıb. Türkiyənin prodüser şirkətinə məxsus ilk virtual studiyasında çəkilən serial, dünyada bu texnika ilə tamamilə çəkilən ilk serial olacaq.
Serialın süjeti belədir: baş qəhrəman, kiçik bir ölkənin kralı qonşu ölkələrlə mübarizə apararkən ailə üzvlərinin qəribəlikləri ilə başa çıxmağa çalışacaq.

Virtual istehsal nədir?

Texnologiya, fərqli yerlərdə fərqli vaxtlarda çəkilən şəkillərin bir anda bir araya gəlməsinə imkan verir. Yaradılan virtual məkanlarda yüksək keyfiyyətli vizuallar hazırlanır, çəkiliş zamanı aktyorlara və rejissora kinematik təcrübə qazandırır. Dünyaca məşhur "The Mandalorian" and "West World" seriallarının çəkilişində istifadə olunan bu texnika istehsal müddətini xeyli qısaldır.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə