Məhşur aktrisadan - ŞOK AÇIQLAMA

6 ildir həmkarı aktyor Burak Yamantürklə sevgili olan Özge Özpirinçci ilə bağlı bugün hamilə olduğuna dair xəbərlər yayılıb. Son olaraq "Kadın" adlı serialda izləyici qarşısına çıxan məşhurun 9 həftəlik hamilə olduğu deyilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Özge Özpirinçci hamilə olduğunu Tarkanın məşhur videosu ilə elan edib. Tanınmış aktrisa Özge Özpirinçci haqqında yayılan hamiləlik xəbərlərindən sonra sosial media hesabından açıqlama edib. Tarkanın ata olacağını elan etdiyi məşhur videonu paylaşan gözəl aktrisa sevgilisi Burak Yamantürkü də etiketləyib. Özpirinçci əlavə olaraq, xəbərlərdə yayılanların əksinə 9 deyil, 13 həftəlik hamilə olduğunu deyib.

Xoşbəxt cütlüyün avqust və ya sentyabr ayında nikahlarının olacağı türk mediasında danışılır. Salih Bademci ilə birlikdə yeni serial "İlk və Son"un çəkilişlərinə davam edən aktrisa uşaq üçün olduqca diqqətli davranır.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə