Məhşur türk aktyoru Kerem Bürsinin dünən 33 yaşı tamam olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sevgilisi Hande Erçeldən sonra yaxın dostu Yasemin Özilhan Bürsin üçün sürpriz bir ad günü təşkil edib.
Yasemin Özilhan öz "İnstagram" hesabında ad gününü qeyd edən Kerem Bürsinin fotolarını izləyiciləri ilə bölüşüb.
Sevgilisi Hande Erçelin də yanında olduğu yaraşıqlı aktyor Yasemin Özilhana "yaxşı ki varsınız" qeydi ilə cavab verib. Həmin fotoları sizə təqdim edirik.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB