Məşhur amerikalı müğənni Lady Gaganın 6-cı albomu “Chromatica”nı tanıtmaq üçün ötən yay keçirməyi planlaşdırdığı, ancaq koronavirus pandemiyası səbəbindən təxirə saldığı “Chromatica Ball” konsert turunun yenidən təxirə salındığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı pop ulduz, pandemiya səbəbi ilə dünyanın bəzi yerlərinin hələ hazır olmadığını söyləyib. Lady Gaga “Dünyanın bəzi yerləri sürətlə açılmaq üçün hərəkət edərkən, digərləri hələ hazır deyil. Bu səbəbdən Chromatica Ball konsertlərini 2022-ci ilin yayına qədər təxirə salmalıyıq” deyə bildirib.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB