Dünyaca məşhur 35 yaşlı rus model İrina Şayk və amerikalı aktyor Bradley Cooper ayrılsalar da, qızı Lea üçün tez-tez bir araya gəlirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bradley Cooperin New-Yorkdakı son görüşlərindəki keçmiş sevgilisi İrina Şayka heyranlıqla baxması paparatsilərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, ayrılıqdan sonra Cooperin adı heç kimlə hallanmayıb. Kardaşyanla boşanma mərhələsində olan rapçi Kanye West ilə tanış olduğu iddia edilən Şayk, ən son milyarder Vito Schnabel ilə sevgili olub.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB