Kim Kardaşyanın izləyiciləri - 225 milyonu keçib - FOTO

Kim Kardaşyanın izləyiciləri - 225 milyonu keçib - FOTO

Kim Kardaşyan, hesabında hovuz kənarında çəkdirdiyi qara bikinili şəkillərini paylaşıb.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, özəl həyatı, ailəsi və etdiyi hər şeylə dünya səviyyəsində tanınmağı bacaran adlardan biridir.

Məşhur ulduzun “instagram” hesabını izləyənlərin sayı son bir gündə 225 milyonu keçib. Kim Kardaşyan izləyiciləri özünəməxsus şəkildə fotolar paylaşaraq sayını artırıb.

Qara ipli bikinisində hovuz kənarında iki fərqli pozada şəkil çəkdirən Kim Kardaşyan, bəyənmələrin sayını 225 milyona çatdırıb.

"Hollywood Life"da yazılan məlumata görə, Kim Kardaşyanın bu ilin əvvəlində Kanye Westdən boşanma üçün müraciət etdikdən sonra gecə klublarında vaxtını keçirdib. Lakin, heç kimlə görüşməyə hazır olmadığını söyləyib. 40 yaşındakı dünyaca məşhur Kim Kardaşyan milyarder statusuna sahib olan ən uyğun subaylar arasındadır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə