Məşhur aktrisa Serenay Sarıkaya haqqında “Serenay evli bir klub rəhbərindən hamilədirmi?” deyən proqram aparıcısı Pınar Ergünerə qarşı açdığı məhkəməni qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məhkəmə televiziya kanalı və Ergünerin Sarıkayaya şəxsi hüquqlarını pozduğu səbəbi ilə mənəvi ziyana görə, 10 min TL, yəni milli valyuta ilə təqribi 1950 AZN ödəməli olduğuna qərar verib.
Aparıcı Pınar Ergüner Beyaz TV-də yayımlanan verilişdə “elə bir xəbər verəcəyik ki, bəziləri bunu inkar edəcək, yalanlayacaq” və sonra “Serenay Sarıkaya evli bir klub rəhbəri ilə birlikdə idi və ondan hamilə qaldı. Klub rəhbəri uşağı abort aldırmaq istəyib, çünki Sarıkayanın uşağa sahib olmaq istəməsi onu rüsvay edərdi. Həkimə bunun üçün pul təklif edilib” kimi fikirlər söyləyib.
Ərizədə ittihamların həqiqətə uyğun olmadığı, böhtan olduğu, Serenay Sarıkayanın şərəf və ləyaqətinə ağır bir hücum olunduğu şəklində bildirilib. Məhkəmə təzminat tələbini qismən qəbul edib və Pınar Ergünerdən iddiaçı Serenay Sarıkaya 10 min lirə (təqribi 1950 AZN) ödəməsini əmr edib.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB