Hande Erçeldən Kerem Bürsin üçün - SÜRPRİZ

Hande Erçeldən Kerem Bürsin üçün - SÜRPRİZ

Məşhur aktrisa Hande Erçel, 4 iyun tarixində 33 yaşı tamam olacaq sevgilisi Kərəm Bürsin üçün rol aldıqları serialın çəkiliş meydançasında erkən ad günü təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fotoşəkil çəkilərkən tortu sevgilisinin üzünə vuran Erçel, bu anları "İnstaqram"da "Yeni başlayırıq" şərhi ilə paylaşıb.

Maldiv adalarında özü kimi aktrisa olan Hande Erçel ilə sevgisini elan edən Kərəm Bürsin sabah 33 yaşında olacaq. Bürsin və Erçelin rol aldığı serialın çəkiliş qrupu, məşhur aktyora erkən doğum günü sürprizi edib.

Kərəm Bürsinin ən böyük sürprizi sevgilisi Hande Erçeldən gəlib. Bürsin isə Erçelin zarafatına "sən, sən yandın sən" sözləri ilə cavab verib.

Keçən günlərdə Kərəm Bürsinlə münasibətləri barədə açıqlamalar verən Hande Erçel, utancaq davranışlar sərgiləyib.

Erçel bunları deyib: "Yeni bir münasibət. Onsuzda sevgi münasibətinə başladığımızda birbaşa bilirdiniz. Mən həyatımda kimsə olanda öyrənəcəksiniz deyirdim. Tamamilə iş dostluğu idi, sonra sevgi münasibətinə çevrildi".

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə