Dilan Çiçek Dənizdən şok razılaşma

Dilan Çiçek Dənizdən şok razılaşma

Bu yaxınlarda dondurma markasının reklamı üçün kamera qarşısına keçən aktrisa Dilan Çiçek Denizin heyrətləndirici qonorar aldığı deyilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dövrün parlayan ulduzları arasında göstərilən Dilan Çiçek Deniz son razılaşması ilə diqqət çəkib.

Aktyor dünyaca məşhur İspan serialı “La Casa de Papel” ilə əməkdaşlıq edərək reklam çarxında dondurma ilə dolu sandığa çatmağa çalışır.

Dilan Çiçek Deniz fikirlərini belə ifadə edib: “Bu qədər əhəmiyyətli iş birliyinin bir hissəsi olduğumdan çox xoşbəxtəm”.

Tam 500 min TL

Son olaraq "Alev Alev" serialında baş rolda oynayan 26 yaşlı aktrisa reklam üçün 500 min TL qonorar alıb. İki il əvvəl kosmetik və bank reklamında iştirak edən Dilan Çiçek Denizin bu razılaşmaların müqabilində cəmi 550 min TL qazandığı iddia edilib. Ailəsinə sevgisi ilə tanınan gənc aktyor bu qazancla ailəsinə mənzil alaraq yaxşı övlad olduğunu göstərib.

Digər tərəfdən, eyni dondurma markasının 2019-cu ildə reklam üzü olan Ajda Pekkanın o dövrdə şirkətdən 2 milyon TL qonorar aldığı deyilib

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə