Ebru Gündeş və Reza Zərrabın boşanmasından sonra gözlər Zərrabın keçmiş nişanlısı, Azəri qızı kimi tanınan Günel Zeynalova çevrilib. SİA xəbər verir ki, keçmişdə Reza Zərrabla 8 illik münasibətdə olan və evlənməyə hazırlaşarkən birdən tərk edilən Günel, Reza ilə Ebru Gündeşin birlikdə olduğunu öyrənib. Günel uzun illərdən sonra səssizliyini pozub.
Ebru Gündeş və Reza Zərrab bu yaxınlarda evliliklərinə son qoymuşdular. Bundan sonra gözlər Reza Zərrabın keçmiş nişanlısı, "Azəri qızı" kimi tanınan Günel Zeynalovaya çevrilib.
İllər sonra boşanma xəbərindən sonra köhnə dəftəri açan Günel Zeynalova belə deyib: “Gəlinlik məşqimdə Ebru Gündeşlə aldadıldığımı öyrəndim. Ədalət təzahür etdi".
Günel ifadələri ilə Gündeşi hələ də bağışlamadığını açıqlayıb: “Dubayda gəlinlik məşqi edərkən aldadıldığımı öyrəndim. Ədalət təmin edildi. Səssizlik ən böyük intiqamdır. O zaman çox əsəbiləşdim, amma hər kəs əkdiyini biçir. Ebru Gündeşin peşmançılığı varsa, bu, onun problemidir. Hamını bağışladım və Allaha həvalə etdim. Bu dönəmlərdə yanımda olmayanlar indi mənə dəstək verirlər, ağılları harada idi?".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB